Liseyimizin şahmatçıları uğurlu nəticələr qazanıblar
“Chess Master” şahmat məktəbində Milli Dirçəliş Gününə həsr edilən dərəcə təsnifat yarışı keçirilib. Kaspi Bakıxanov Liseyinin 6A sinif şagirdi Fazil Məmmədzadə yüksək peşəkarlıq nümayiş etdirərək 9 oyundan 7 xal toplamaqla 1-ci yeri qazanıb.
Liseydən kaspi.edu.az-a verilən məlumatda deyilir ki, balaca şahmatçımız yarışda 7 rəqibinə qalib gəlib və 2-ci dərəcə normasını yerinə yetirib.
Həmən tarixdə “Şah Klub” şahmat məktəbində Milli Dirçəliş Gününə həsr edilən dərəcə təsnifat yarışında isə məktəbimizin C1 sinif şagirdi Rauf Bektaşi yüksək peşəkarlıq göstərib. O, 9 oyundan 6.5 xal toplayaraq 2-ci yeri tutub. Şahmatçımız rəqiblərinin 6-na qalib gəlib, 1-i ilə heç-heçə edib, 2-nə məğlub olub. Rauf Bektaşi bu yarışda 4-cü dərəcə normasını yerinə yetirib.
Liseyin direktoru Cahid Hüseynov qaliblərlə görüşərək, onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.