Seçki prosesi bütün suveren ərazilərimizi əhatə edir
Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilir. Ölkəmizin vətəndaşları müstəqillik dövrümüzün 9-cu seçkisində iştirak edərək öz layiqli namizədlərinə səs verirlər. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçki prosesi bütün suveren ərazilərimizi əhatə edir. Bu proses ölkəmizin tarixi qələbələrindən sonra yeni bir dövrün başlanğıcı, Azərbaycan xalqının gələcək strateji inkişaf strategiyasına münasibəti kimi də dəyərləndirilir. Ona görə də bu seçkini “Zəfər seçkisi” adlandırırlar.
Bu gün Azərbaycan xalqı 7 namizədin mübarizə apardığı seçkidə inandığı, etibar və etimad göstərdiyi və liderlik qabiliyyətinə güvəndiyi namizədini 7 il müddətinə ölkəmizə rəhbər seçəcək.
Seçki Məcəlləsinə müvafiq olaraq bu gün bütün ölkə üzrə səsvermə saat 08.00-dan başlayıb 19.00-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
kaspi.edu.az President.az-a istinadən xəbər verir ki, Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.