6-cı sinifdə oxuyan oğlanların ataları ilə diskussiya keçirilib

6-cı sinifdə oxuyan oğlanların ataları ilə diskussiya keçirilib

6-cı sinifdə oxuyan oğlanların ataları ilə diskussiya keçirilib

Dostluq və dostlar arasında münasibətlər müzakirə olunub

Kaspi Ağ Şəhər liseyində 6-cı sinifdə təhsil alan oğlanların ataları ilə diskussiya xarakterli görüş təşkil olunub.

Liseydən verilən məlumatda bildirilir ki, görüş zamanı valideynlər oğlan şagirdlərlə dostluq və dostlar arasında münasibətlərin əhəmiyyəti mövzusunda səmimi söhbətlər aparıb, öz həyat və peşə təcrübələrindən maraqlı nümunələr paylaşıblar: “Şagird Xətai Teymurzadənin babası Əbülfət bəy uzunmüddətli pedaqoji təcrübəsindən danışaraq şagirdlərə dəyərli tövsiyələr verdi. Digər valideynlər də öz həyat hekayələri əsasında dostluğun gücü, birlikdə uğur qazanmağın sirləri və qarşılıqlı hörmətin əhəmiyyəti barədə fikirlərini bölüşdülər. Görüş səmimi atmosferdə keçdi və şagirdlər üçün həm maarifləndirici, həm də ilhamverici oldu. Ümid edirik ki, onlar bu görüşdə eşitdikləri dəyərli məsləhətləri gündəlik həyatlarında tətbiq edəcək və bu xoş xatirəni uzun müddət yadda saxlayacaqlar”.

Tədbirdə məktəbin direktoru Həsən Həsənov da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib və şagirdləri dostluq münasibətlərinə dəyər verməyi tövsiyə edib.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız