Lİseyin şagirdləri Milli Aviasiya Akademiyasına ekskursiya ediblər
16 Oktyabr 2025
Lİseyin şagirdləri Milli Aviasiya Akademiyasına ekskursiya ediblər
Tədbir şagirdlərin elmi-texniki sahələrə marağını daha da gücləndirib
Kaspi Bakıxanov Liseyinin 11-ci sinif şagirdləri üçün Milli Aviasiya Akademiyasına maarifləndirici ekskursiya təşkil olunub.
Liseydən verilən məlumata görə, ekskursiyanın məqsədi şagirdləri aviasiya sahəsi ilə yaxından tanış etmək və onların gələcək peşə seçimlərinə dəstək verməkdir.
"Səfər zamanı bələdçilər dispetçerlərin iş mexanizmləri, təyyarələrin eniş-qalxış prosesləri və “taxi” əmrlərinin verilməsi barədə ətraflı məlumat verdilər. Şagirdlər həmçinin universitetin elektron kitabxanası ilə yaxından tanış oldular. Burada onlara müxtəlif aviasiya mövzusunda kitablar nümayiş etdirildi. Bundan əlavə, ekskursiya iştirakçıları müxtəlif təyyarə modellərinin hazırlanma mərhələlərini, mühərrik hissələrinin quruluşunu və texniki detallarını yaxından izlədilər".
Sonda şagirdlər üçün sual-cavab sessiyası keçirilib və onlar aviasiya sahəsindəki imkanlar barədə daha geniş bilik əldə ediblər.
Ekskursiya şagirdlər üçün həm nəzəri, həm də praktiki biliklərin artırılması baxımından əhəmiyyətli olub. Tədbir şagirdlərin elmi-texniki sahələrə marağını daha da gücləndirib və onlara gələcək karyera istiqamətləri barədə dəyərli məlumatlar qazandırıb.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.