4-cü “Robofest International” STEAM müsabiqəsi uğurla başa çatdı

4-cü “Robofest International” STEAM müsabiqəsi uğurla başa çatdı

4-cü “Robofest International” STEAM müsabiqəsi uğurla başa çatdı

Yarışda 6 təhsil müəssisəsindən 5-16 yaş arası 220 şagird iştirak etdi

“Robofest International” STEAM müsabiqəsi artıq 4-cü dəfə təşkil olundu. Pasaj 1901-də keçirilən robot texnikası yarışında 6 təhsil müəssisəsindən 5-16 yaş arası 220 şagird iştirak etdi.

Robofest International Təşkilat Komitəsin-dən kaspi.edu.az- a daxil olan məlumata görə, müsabiqənin adı “Robofest International” olaraq dəyişdirilib. “Müsabiqənin keçirilməsində məqsəd sadəcə Azərbaycandan deyil, dünyadan robot həvəskarı şagirdləri bir araya gətirməkdir”.

Robofest müsabiqəsinin koordinatoru Mircəlal Seyidov kaspi.edu.az-a açıqlamasında 4-cü “Robofest International” STEAM müsabiqəsi haqqında məlumat verərək bildirdi ki, yarışma 5 müxtəlif kateqoriya üzrə, yaş qruplarına görə 9 kateqoriya üzrə keçirilib. Yarışları 10 hakim idarə edib.  Müsabiqənin gedişatına 20-dən çox könüllü cəlb olunub. Qaliblər 23 Qızıl, 32 Gümüş və 43 Bürünc medalla mükafatlandırılıblar. Digər iştirakçılara həvəsləndirici mükafatlar verilib.

İnnovativ həll yolları tapmaq

“Robofest International” müsabiqəsinin Baş hakimi Kamran Əsgərov qeyd etdi ki, “Robofest International” bir STEAM müsabiqəsidir”- deyə bildirdi: “4 ildir ki, müxətlif yaş və kateqoriyalar üzrə komandalar yarışlarımızda iştirak edir. Burada şagirdlər texnologiya, mühəndislik, elm, incəsənət və riyaziyyat sahələrindəki uğurlarını və irəliləyişləri qeyd etmək üçün toplaşır. Əminlik hissi ilə bildirirəm ki, yarışlarda iştirak edərkən müxtəlif bilik və bacarıqlar qazanan şagirdlər bu təcrübəni həyatlarının hər mərhələsində istifadə edəcəklər. STEAM təhsili, bizim gələcək nəsillərin problemlərini həll etmək, kreativ düşüncə tərzini inkişaf etdirmək və innovativ həll yolları tapmaq və hazırlamaq üçün çox önəmlidir. Bu müsabiqə gənc zəkaların bu sahələrdə nə qədər parlaq və yaradıcı olduqlarını bizə bir daha göstərir. Burada gördüyümüz işlər, yalnız bu gənclərin gələcəyini deyil, həm də ölkəmizin və dünyanın gələcəyini formalaşdıracaq”.

Xatırladaq ki, “Robofest International” 2021-ci ildə STEMART STEAM akademiyası tərəfindən təsis edilib. Robofest yarışları pandemiya səbəbi ilə iki mərhələli olaraq keçirilib. Onlayn olan I mərhələdə şagirdlər virtual mühitdə robotları hərəkət etdirərək verilən tapşırıqları icra ediblər. Yarışın II mərhələsi üz-üzə Kaspi Bakıxanov liseyində təşkil edilib. Qaliblər müxtəlif hədiyyə, medal və sertifikatlarla təltif olunublar.

Növbəti dəfə “RoboFest 2022” festivalı 2022-ci ildə Park Inn by Radisson Baku otelində baş tutub. Festivalda 20 özəl və dövlət məktəbindən ümumilikdə 122 şagird 4 fəqrli kateqoriyada öz bacarıqlarını nümayiş etdiriblər. Yarış Starex, Gemza Grup, İnnovative Business Solutions, Kaspi Təhsil Şirkəti və DeirvIon tech dəstəyi ilə həyata keçirilib.

2023-cü ildə Robofest International adı ilə fəaliyyətinə davam edən turnir eyni məkanda - Pasaj 1901-də təşkil olunub.

Müsabiqə iştirakçılarına gələcək bilik yarışlarında uğurlar arzulayırıq!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız