4-cü “Robofest International” STEAM müsabiqəsi keçiriləcək

4-cü “Robofest International” STEAM müsabiqəsi keçiriləcək

4-cü “Robofest International” STEAM müsabiqəsi keçiriləcək

Yarışda 2 ölkədən, 27 müəsisədən olan 5-16 yaş arası 400-ə yaxın şagird iştirak edəcək

“Robofest International” STEAM müsabiqəsi artıq 4-cü dəfə təşkil ediləcək. 25 may 2024-cü il tarixində Pasaj 1901-də keçiriləcək builki robot texnikası yarışında 2 ölkədən, 27 müəsisədən olan 5-16 yaş arası 400-ə yaxın şagird iştirak edəcək.

Robofest International Təşkilat Komitəsin-dən kaspi.edu.az- a daxil olan məlumatda bildirilir ki, müsabiqənin adı “Robofest International” olaraq dəyişdirilib. Müsabiqənin keçirilməsində məqsəd sadəcə Azərbaycandan deyil, dünyadan robot həvəskarı şagirdləri bir araya gətirməkdir.

Xatırladaq ki, “Robofest International” 2021-ci ildə STEMART STEAM akademiyası tərəfindən təsis edilib. Robofest yarışları pandemiya səbəbi ilə iki mərhələli olaraq keçirildi. Onlayn olan I mərhələdə şagirdlər virtual mühitdə robotları hərəkət etdirərək verilən tapşırıqları icra etdilər. Yarışın II mərhələsi üz-üzə Kaspi Bakıxanov liseyində təşkil edildi. Qaliblər müxtəlif hədiyyə, medal və sertifikatlarla təltif olundu.

Növbəti dəfə “RoboFest 2022” festivalı 2022-ci ildə Park Inn by Radisson Baku otelində baş tutdu. Festivalda 20 özəl və dövlət məktəbindən ümumilikdə 122 şagird 4 fəqrli kateqoriyada öz bacarıqlarını nümayiş etdirdilər. Yarış Starex, Gemza Grup, İnnovative Business Solutions, Kaspi Təhsil Şirkəti və DeirvIon tech dəstəyi ilə həyata keçirildi.

2023-cü ildə Robofest International adı ilə fəaliyyətinə davam edən turnir Pasaj 1901-də təşkil olundu.

Qeyd edək ki, builki müsabiqəyə qeydiyyat zamanı bütün iştirakçılara və komanda rəhbərlərinə köynək və isimliklər veriləcək; tədbir həm köynək həm də isimlik üzərinizdə olmalıdır. Burada məqsəd iştirakçılaın təhlükəsizliyini təmin etməkdir. “İnanırıq ki, bütün iştirakçılar üçün müsbət və dəstəkləyici mühitin yaradılması tədbirin uğurlu keçməsinə səbəb olacaqdır” deyə təşkilatçılr bildirirlər.

Yarışda iştirak 100 AZN təşkil edəcək . Ziyarətçilər az yaşlılar üçün master klass saatlarına da yazıla bilərlər.

Əlavə suallar üçün 055 679 7464 nömrəsi ilə əlaqə saxlamaq olar.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız