Şagirdimiz Qəhrəman Rzaquliyev Türkiyədə keçirilən “Dardanelles Cup” Beynəlxalq Karate Turnirində ölkəmizi və liseyimizi layiqincə təmsil edib
“Kaspi” Bakıxanov liseyinin 7a sinif şagirdi Qəhrəman Rzaquliyev Türkiyədə keçirilən “Dardanelles Cup” Beynəlxalq Karate Turnirində Azərbaycanı və liseyimizi layiqincə təmsil edərək öz yaş kateqoriyasında 30 idmançı arasında 2-ci yeri qazanıb.
“Qəhrəmanın uğuru onun əzminin, intizamının və yorulmaz zəhmətinin bəhrəsidir. Bu nəticə həm dövlətimiz, həm də Kaspi Liseyi kollektivi üçün böyük qürurdur”- deyə liseyin məlumatında bildirilir.
Kaspi Təhsil Şirkəti, Liseyin müəllim və şagird kollektivi şagirdimizi ürəkdən təbrik edir, gələcək karyerasında yeni uğurlar arzulayır!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.