Şagirdlərə qəbul imtahan hədəfləri və ixtisas seçimi ilə bağlı məsləhətlər verilib
Kaspi Bakıxanov liseyində 11 -ci sinif şagirdləri ilə görüş keçirilib. Hər il təşkil olunan ənənəvi görüş bu tədris ilində də səmimi və qarşılıqlı dialoq şəklində keçib. Görüşdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, baş icraçı director Elşən Əliyev və İdarə Heyətinin üzvləri iştirak ediblər.
Liseydən verilən məlumatda qeyd edilib ki, görüşdə abituriyentlərin sınaq imtahan nəticələri müzakirə edilib: “Həmçinin şagirdlərə qəbul imtahan hədəfləri və ixtisas seçimi ilə bağlı məsləhətlər verildi, onların arzu və istəkləri dinlənildi”.
Görüş ümumilikdə abituryentlərimiz üçün faydalı və yaddaqalan olub.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.