1 Dekabr- Laçın rayonunun işğaldan azad olunduğu gündür

1 Dekabr- Laçın rayonunun işğaldan azad olunduğu gündür

1 Dekabr- Laçın rayonunun işğaldan azad olunduğu gündür

Laçında Azərbaycan bayrağının qaldırılmasından 3 il ötür

Bu gün Laçın rayonunun 28 illik Ermənistanın işğalından azad edilməsinin 3 ili tamam olur.

Kaspi.edu.az xəbər verir ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən ermənilər Laçını işğal etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb.

Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şosse yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir.

Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır, rayon dirçəldilir. Laçının 80 minə yaxın əhalisi doğma yurda qayıdış gününün başlamasını səbirsizliklə gözləyir.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız