Yarışda ümumilikdə 26 valideyn iki komanda - "Yaşıl" və "Qırmızı" olmaqla mübarizə apardı.
06 Ноябрь 2025
Yarışda ümumilikdə 26 valideyn iki komanda - "Yaşıl" və "Qırmızı" olmaqla mübarizə apardı.
Yarışda ümumilikdə 26 valideyn iki komanda - "Yaşıl" və "Qırmızı" olmaqla mübarizə apardı.
Kaspi Liseyi Ağ Şəhər filialında liseyin 5-ci sinif şagirdlərinin valideynləri arasında "Valideynlər yarışır" adlı məntiq oyunları yarışması keçirilib. Liseyin direktor müavini Fidan Səfərova tədbiri açıq elan edərək bildirib ki yarışın təşkilində əsas məqsəd valideyn-müəllim-şagird münasibətlərini dərs mühitindən fərqli mühitdə inkişaf etdirmək, valideyn və şagirdlərin əyləncəli və səmərəli zaman keçirməyini təmin etməkdir: “Həmçinin, 5-8-ci sinif kurasiyasının ən kiçik üzvləri olan 5-ciləri sevindirmək idi”.
Yarışda ümumilikdə 26 valideyn iki komanda - "Yaşıl" və "Qırmızı"lar mübarizə aparıb: “Şagirdlərin hakim olduğu oyunları valideynlər maraqla və həvəslə oynayır, xal toplamağa çalışaraq övladları üçün mükafat qazanmağa cəhd edirdilər”.
Sonda hər komanda üzvünün topladığı xallar cəmlənərək qalib komanda – “Yaşıllar” elan edilib. Yarışı qazananlara mükafatlar təqdim olunub. Tədbirdə xatirə şəkli çəkilərək çay süfrəsi arxasında müzakirələr davam etdirilib.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.