Yarmarka zamanı toplanan vəsait YAŞAT Fonduna ianə ediləcək
06 Ноябрь 2025
Yarmarka zamanı toplanan vəsait YAŞAT Fonduna ianə ediləcək
Yarmarka zamanı toplanan vəsait YAŞAT Fonduna ianə ediləcək
Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə “Zəfərdən doğan ümid” adlı xeyriyyə yarmarkası keçirilib.
Şagirdlər valideynləri ilə birlikdə hazırladıqları yeyinti məhsulları, təbii şirələr, meyvələr, dəftər və qələmlər, stikerlər və digər əşyaları satışa təqdim ediblər. Satışlar “ürək pulları” vasitəsilə həyata keçirilib: “Yarmarkanın əsas məqsədi pul toplamaq deyil, paylaşma, həmrəylik və mərhəmət dəyərlərini uşaqlara aşılamaq olub. Tədbir balaca qəhrəmanların böyük ürəklərini bir araya gətirərək, həm birlik, həm də xeyirxahlıq ruhunu əks etdirib”.
Tədbir çərçivəsində şagirdlərin ifasında “Azərbaycan Bayrağı” mahnısı səsləndirilib, müxtəlif rəqs nömrələri nümayiş olunub. Uşaqlar Zəfər Gününün və üçrəngli bayrağımızın qürurunu bir daha yaşadıblar.
Yarmarka zamanı toplanan vəsait YAŞAT Fonduna ianə ediləcək: “Bu təşəbbüs şagirdlərdə sosial məsuliyyət və vətənpərvərlik dəyərlərinin formalaşmasına xidmət edir”.
Qeyd edək ki, Kaspi Liseyi bu kimi layihələrlə gələcəyin mərhəmətli, duyarlı və vətəninə sevgi ilə bağlı gənclərini yetişdirməyə davam edir. Yarmarkada Kaspi Təhsil Şirkətinin və liseyin rəhbərliyi də iştirak edib.
Kaspi Təhsil Şirkəti Azərbaycan xalqını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, ölkəmizə həmişə sülh və əmin-amanlıq arzulayır!
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.