Kaspi Bakıxanov liseyində 5-ci sinif şagirdlərinin valideynləri arasında "Valideynlər yarışır" adlı riyazi-məntiq oyun yarışı keçirilib. Liseydən verilən məlumata görə, ümumilikdə 16 valideynin iştirak etdiyi tədbirin əsas məqsədi valideyn və şagirdlərin liseyin sosial həyatında fəal iştirakını təmin etmək və əylənərək riyazi-məntiq oyunları vasitəsi ilə məntiqi təfəkkürü inkişaf etdirmək idi. Qalib gələn komandanın hər bir üzvünə stolüstü məntiq oyunu hədiyyə edilib.
Sonda valideyn və şagirdlərlə xatirə şəkli çəkilib, çay süfrəsi arxasında tədbirlə bağlı təəssüratlar paylaşılıb.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.