“Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu: uşaqlar və sağlam yanaşmalar” mövzusunda seminar

“Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu: uşaqlar və sağlam yanaşmalar” mövzusunda seminar

“Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu: uşaqlar və sağlam yanaşmalar” mövzusunda seminar

“Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu: uşaqlar və sağlam yanaşmalar” mövzusunda seminar

Kaspi Liseyi Ağ Şəhər filialında psixoloji maarifləndirmə və peşəkar inkişaf istiqamətində təlimlər təşkil olunub. Seminarlar müəllim heyətinin diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) barədə bilik və bacarıqlarının artırılmasına yönəlib.

Həmçinin Liseyin Azərbaycan bölməsinin 9–11-ci sinif müəllimləri üçün Psixoloq Qərib Xıdırovun təşkilatçılığı ilə “Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu: uşaqlar və sağlam yanaşmalar” mövzusunda seminar keçirilib. Təlim zamanı DÇHP-nin nevropsixoloji əsasları, uşaqlarda müşahidə olunan əsas davranış göstəriciləri, pozuntunun diaqnostik meyarları və inkişaf dinamikası nəzəri kontekstlərdə izah edilib. Bununla yanaşı, müəllim heyəti üçün sinif daxilində tətbiq oluna biləcək müasir davranış modifikasiyası metodları, müsbət dəstək mexanizmləri və fərdi yanaşma strategiyaları praktiki nümunələrlə təqdim olunub.

“Seminarın əsas məqsədi müəllimlərin DÇHP-li şagirdlərlə işləyərkən peşəkar yanaşma tərzini gücləndirmək, bu uşaqlara qarşı yaranan stereotip və etiketləmə hallarını minimuma endirmək, həmçinin empatiya, tolerantlıq və psixoloji təhlükəsizlik mühitinin formalaşdırılmasına dəstək olmaq idi. Təlim prosesində müəllimlər arasında aktiv müzakirələr aparıldı, qarşılaşılan real situasiyalar üzərində təhlillər aparılaraq praktik həll yolları işləndi”- deyə Liseyin məlumatında bildirilir.

Eyni mövzuda maarifləndirmə işləri liseyin rus bölməsində də davam etdirilib. Psixoloq Leyla Heydərova tərəfindən “Diqqət əskikliyi və hiperaktivlik sindromuna sağlam yanaşma” adlı seminar təşkil olunub. Təlimin məqsədi pedaqoji heyəti DÇHP-li uşaqların psixoloji və davranış özəllikləri ilə tanış etmək, onların təlim prosesində uğurlu nəticə əldə etmələri üçün müəllimin oynadığı həlledici rolu elmi müstəvidə izah etmək idi. Müəllimlər öz praktiki təcrübələrinə əsaslanaraq müxtəlif suallar səsləndirib, bu da mövzu üzrə daha dərin və incə məqamların detallı şəkildə müzakirəsinə imkan yaradıb.

Bundan əlavə, psixoloq Məhbubə Nurəliyeva ilə Cambridge bölməsinin müəllimləri arasında da DÇHP mövzusu ətrafında əhatəli fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı beynəlxalq tədris proqramlarının tələbləri nəzərə alınmaqla DÇHP-li şagirdlərin qiymətləndirmə, təlim adaptasiyası və sinif idarəçiliyi prosesində tətbiq edilə biləcək metodoloji yanaşmalar təhlil edilib.

Seminarlar zənciri Kaspi Liseyinin müəllim-peşəkarlığının inkişafı, inklüziv təhsil mühitinin gücləndirilməsi və psixoloji rifaha əsaslanan pedaqoji yanaşma modelinin formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты