Yarış Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan beynəlxalq şahmat (BMTK KUBOKU ) turniri keçirilib.
Məktəblər arasında keçirilən turnirdə Kaspi Bakıxanov liseyinin şagirdləri fəal iştirak ediblər. Turnir A və B qrupları üzrə keçirilib.
A qrupunda yarışan 8B sinif şagirdi Elin Əhmədli 9 oyundan 7.5 xal yığaraq 2-ci yer layiq görülüb.
B qrupunda yarışan C1 sinif şagirdi Ruslan Yusubov 9 oyundan 7 xal yığaraq 3-cü yeri qazanıb.
C1 sinif şagirdi Rauf Bektaşi isə öz qrupunda aktiv oyununa görə sertifikat ilə mükafatlandırılıb.
Gənc şahmatçılarımızı təbrik edirik!
kaspi.edu.az
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.