Şagirdlərimiz peşəkar oyunçuların taktikasını, komanda işini və əzmkarlığını müşahidə edərək praktiki biliklər qazanıblar

Kaspi Bakıxanov Liseyinin voleybol dərnəyinin üzvləri Milli Gimnastika Arenasında keçirilən Voleybol üzrə Azərbaycan Çempionatının final oyununa tamaşaçı kimi qatılıblar. “Bu təşəbbüs şagirdlərin idmana olan marağını artırmaq və onlara peşəkar yarış atmosferini yaşatmaq məqsədi daşıyırdı”- deyə Liseydən məlumat verilib: “Belə yarışlara canlı tamaşa etmək şagirdlərə həm motivasiya verir, həm də idman mədəniyyətini öyrədir. Onlar peşəkar oyunçuların taktikasını, komanda işini və əzmkarlığını müşahidə edərək praktiki biliklər qazanıblar. Bu cür tədbirlər eyni zamanda gənclərdə milli komandaya dəstək ruhunu formalaşdırır. Şagirdlər oyun zamanı yaşadıqları həyəcanı və sevinci liseydəki dostları ilə bölüşərək, voleybola olan maraqlarını daha da artırıblar. Onların idmanla bu şəkildə yaxın təmasda olmaları fiziki inkişafla yanaşı, sosial bacarıqlarının da güclənməsinə səbəb olur”.

Məlumatda qeyd edilir ki, Kaspi Liseyi gələcəkdə də belə maarifləndirici və motivasiyaedici fəaliyyətlərə davam etməyi planlaşdırır.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты