Təlimdə Kaspi bağçalarının valideynləri və müəllimlər iştirak ediblər
22 Сентябрь 2023
Təlimdə Kaspi bağçalarının valideynləri və müəllimlər iştirak ediblər
Təlimdə Kaspi bağçalarının valideynləri və müəllimlər iştirak ediblər
Kaspi Uşaq Bağçasında Moskva Dövlət Universitetinin Sosial-Psixologiya fakültəsinin müəllimləri tərəfindən təlim keçirilib. “Həyatımızdakı emosiyalar” adlı kommunikativ təlim valideynlər üçün nəzərdə tutulub. Təlimin mövzusu valideynlərin öz emosiyalarını necə idarə etmələri, övladlarını tanımaları və.s. ilə bağlıdır.
Kaspi.edu.az xəbər verir ki, təlimin keçirilməsində ideya və dəstəyi Kaspi Məktəbəqədər Departamentinin əməkdaşlıq etdiyi “Speacial Kids” və “Special School” ilk uşaq reabilitasıya tipli məktəb şəbəkəsi verib.
Təlim komandasına rəhbərliyi Lomonosov adına Moskva Dövlət Universitetinin psixoloqu Yuliya Zubova edib. Təlimin tərtib və təşkili isə Moskva Dövlət Universitetinin magistr dərəcəli məzunları Fidan Mirzəbəyova, Mirvari Məmmədova və Tamerlan Quliyev tərəfindən həyata keçirilib.
Kaspi Təhsil Şirkətinin Bağçalar və beynəlxalq kurikulum üzrə meneceri Nurlana Məmmədova kaspi.edu.az-a bildirib ki, 3 saat davam edən təlim iştirakçılar tərəfindən müsbət qarşılanıb: “Bu həm də valideynlərlə bağça arasında əlaqələrin daha da sıxlaşmasına yardım edəcək”.
Valideynlərlə bu tip görüşlərin müntəzəm keçirilməsi qərara alınıb.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.