Şagirdlər üçün yaddaqalan, ruhlandırıcı və motivasiyaedici bir gün
02 Май 2025
Şagirdlər üçün yaddaqalan, ruhlandırıcı və motivasiyaedici bir gün
Şagirdlər üçün yaddaqalan, ruhlandırıcı və motivasiyaedici bir gün
Kaspi Liseyinin ibtidai bölməsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı Qəşəm Nəcəfzadə ilə görüş və İmza günü keçirilib.
Görüş çərçivəsində şairin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib, şairin həyatı və poeziyasından bəhs edilib. Şagirdlər Q.Nəcəfzadənin şeirlərindən ilhamlanaraq hazırladıqları bədii kompozisiyanı təqdim edib, onun müxtəlif şeirlərini səsləndiriblər. “Şagirdlərin ifasında təqdim edilən rəqs nömrəsi uşaqlığın saflığını, oyun dolu günlərini və şairin şeirlərində tərənnüm olunan sevinc dolu anları əks etdirdi. Musiqi, geyimlər və səhnə hərəkətləri ilə müşayiət olunan bu nömrə tədbirə xüsusi bir ahəng qatdı və tədbir iştirakçılarında xoş duyğular oyatdı”- deyə liseyin məlumatında qeyd edilib.
Görüş zamanı uşaqlar şairlə yaxından tanış olmaq, onunla ünsiyyət qurmaq və kitablarını imzalatmaq imkanı qazanıblar: “Bu uşaqların ədəbi maraqlarının inkişafına, bədii zövqlərinin formalaşmasına və kitaba olan sevgilərinin artmasına böyük töhfə verdi. Belə görüşlər şagirdlərə milli dəyərləri aşılamaqla yanaşı, söz sənətinə maraq oyadır və onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır”.
Qəşəm Nəcəfzadə ilə keçirilən görüş kiçik yaşlı məktəblilər üçün ruhlandırıcı və motivasiyaedici bir gün kimi yadda qalıb.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.