Şagirdlər İngilis dilində yazdıqları və özləri hazırladıqları kitabları təqdim ediblər

Kaspi Ağ Şəhər liseyində “Book Fair” – Kitab sərgisi təşkil olunub. Liseyin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə baş tutan sərgi liseyin İngilis dili fənn birləşməsinin fənndaxili fəaliyyət planı çərçivəsində həyata keçirilib.

Liseydən verilən məlumata görə, tədbir zamanı şagirdlər İngilis dilində yazdıqları və özləri hazırladıqları kitabları təqdim edib, bəziləri isə müəllifi olduqları və ya sevdikləri əsərlərin qəhrəmanlarının obrazında çıxış ediblər.  “Sərginin əsas məqsədi şagirdlərin yaradıcı yazı, şifahi təqdimat bacarıqları və İngilis dili üzrə ünsiyyət vərdişlərini inkişaf etdirmək, eləcə də kitaba marağı artırmaq idi”.

Sərgi çərçivəsində 100-dən çox şagird tərəfindən yazılmış və tərtib edilmiş kitab nümayiş etdirilib.

Tədbir şagirdlərə öz yaradıcılıqlarını nümayiş etdirmək və dil biliklərini tətbiq etmək üçün fürsət yaradıb.

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты