Liseyin rus bölümü şagirdlərinin Azərbaycan dilinə sevgisi
13 Май 2025
Liseyin rus bölümü şagirdlərinin Azərbaycan dilinə sevgisi
Liseyin rus bölümü şagirdlərinin Azərbaycan dilinə sevgisi
Kaspi Ağ Şəhər liseyinin rus bölümü şagirdlərinin Azərbaycan dilində “Mənim dilim sevgi səsi” adlı tədbiri keçirilib. Tədbirdə G.Hüseynoğlunun “Azərbaycan dili”, X.R.Ulutürkün “Ana dilim”,
“Mənim dilim sevgi səsi” şeirləri, “Şirin dil”, “ Anayurt”, “Gözəl vətən” mahnıları böyük həvəslə ifa olunub. Şagirdlərin hazırladıqları S.Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın
deyişməsi, Şah İsmayılla Hüseyn bəy Lələnin dialoqu, Milena Lukienenkonun
və Sofiya Ryabovanın təqdim etdikləri səhnəcik alqışlarla qarşılanıb.
Tədbirdə yazıçı Nurəddin Ədiloğlu qonaq kimi iştirak edib.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.