Həm liseyin şagirdləri, həm də valideynlər üçün böyük sevinc mənbəyi
Kaspi Ağ Şəhər liseyinin Cambridge bölməsinin 2H sinif şagirdi Turqut Edilxanlı Badamlı Karate Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə yüksək nəticə nümayiş etdirib. Beynəlxalq Müəllimlər Gününə həsr olunan turnirdə şagirdimiz 7 yaş kateqoriyasında və 23 kq çəki dərəcəsində çıxış edərək birincilik qazanıb: "Bu uğur gənc idmançının əzmkarlığının, nizam-intizamının və müəllimlərinin ona aşıladığı ruh yüksəkliyinin bariz göstəricisidir. Bu qələbə həm lisey kollektivi, həm də valideynlər üçün böyük sevinc mənbəyinə çevrilib "-deyə liseyin məlumatında bildirilir.
Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov Turqut Edilxanlını təbrik edərək ona hədiyyələr təqdim edib, gələcək yarışlarda da eyni uğurları qazanması üçün nailiyyətlər diləyib.
Kaspi Təhsil Şirkətinin rəhbərliyi şagirdimizi təbrik edir, yeni uğurlar qazanmasını arzulayır.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.