Kaspi Liseyinin 8-ci sinif şagirdləri şəhidlərimizin qəhrəmanlığından film çəkiblər
23 Январь 2024
Kaspi Liseyinin 8-ci sinif şagirdləri şəhidlərimizin qəhrəmanlığından film çəkiblər
Kaspi Liseyinin 8-ci sinif şagirdləri şəhidlərimizin qəhrəmanlığından film çəkiblər
“Şəhidlərimizi tanıyaq” qısametrajlı film müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. “Santiago” Kitab Klubunun təşkilatçılığı və “Coolab Gənclər İnkişaf Mərkəzi”nin baş sponsorluğu ilə keçirilən müsabiqə şəhidlərimizin xatirəsinə həsr olunub.
Kaspi.edu.az xəbər verir ki, müsabiqə 14-25 yaşlı gəncləri əhatə edib. Müsabiqədə ümumilikdə 22 komanda qeydiyyatdan keçib.
21 Yanvarda baş tutan Final mərhələsində isə 10 filmin təqdimatı keçirilib. Qalib olan filmlər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Kaspi Ağ Şəhər Liseyinin VIII sinif şagirdlərinin çəkdiyi
“Şuşanın qartalları” qısametrajlı film 3-cü yerə layiq görülüb.
Şəhid ailələri, vətən müharibəsi qəhrəmanlarının da iştirak etdiyi tədbir qonaqların çıxışları ilə yekunlaşıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
kaspi. edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.