Həm öyrədici, həm də dostluq, liderlik və sosial bacarıqları inkişaf etdirən təcrübə
15 Май 2025
Həm öyrədici, həm də dostluq, liderlik və sosial bacarıqları inkişaf etdirən təcrübə
Həm öyrədici, həm də dostluq, liderlik və sosial bacarıqları inkişaf etdirən təcrübə
Kaspi Ağ Şəhər liseyində fərqli və yaddaqalan bir dərs günü keçirilib. VI sinif şagirdlərinin
İngilis dili fənnindən keçdiyi “How to Survive” mövzusu bu dəfə kitab səhifələrindən çıxaraq real həyatla qovuşub. 6A1, 6A2 və 6B siniflərinin iştirakı ilə baş tutan xüsusi dərs çərçivəsində liseyin qonağı ASA – Azərbaycan Skautlar Assosiasiyası (Scouts Azerbaijan) olub.
Tədbir məktəbin direktoru Həsən Həsənovun ASA nümayəndələrini qəbul etməsi ilə başlayıb. Rəsmi görüş zamanı tərəflər təhsildə təcrübəyə əsaslanan öyrənmənin (Experiential Learning) vacibliyini vurğulayıblar.
Görüşdən sonra məktəb həyətində təşkil olunan praktiki sessiyada şagirdlər sığınacaq qurmaq, od yandırmaq, təbii resurslardan istifadə etmək, çadır tikmək və komanda şəklində işləmək kimi həyatda qalma bacarıqlarını özləri yerinə yetirməklə öyrəniblər: “ASA komandası öz real təcrübələrini bölüşərək şagirdlərə həm motivasiya, həm də həyatla bağlı önəmli dərslər verdi. Bu interaktiv və həyacan dolu gün məktəblilər üçün yalnız öyrədici deyil, həm də dostluq, liderlik və sosial bacarıqları inkişaf etdirən bir təcrübəyə çevrildi”- deyə liseyin məlumatında bildirilir.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.