Əzm və şücaət

Əzm və şücaət

Qədim dövrlərdən insanlar müəyyən mərhələlər keçərək günümüzə, yəni,  yüksək inkişaf dövrünə gəlib çatmışdırlar. Bu dövrləri keçmək asan olmadığı qədər yüksək iradə , hədəf , məqsəd və ən əsası əzm gərəkdirmişdir. Dönüb keçmişə nəzər salsaq, istər paleolitdən neolitə  , istər quldarlıqdan feadolizmə , istərsə də monarxiyadan respublikaya  qədər hər mərhələdə insanlar məqsədlərinə çatmaq üçün mübarizə aparmışdır. Hal-hazırda da bu mübarizələr həyatımızın hər anında  davam edir. Önümüzə hədəflər qoyub “böyüyüb, məktəbə gedəcəm” deyirik. Böyüyürük “məktəbdə ən yaxşı mən oxumalıyam !” deyə düşünürük .Məktəbdə ən yaxşı universitetlerin xəyalın qururuq, universitet bitirib, yüksək iş,vəzifə arzulayırıq. Yəni,doğulandan ölənədək bu həyatı mübarizə edərək yaşayırıq.

Bu mübarizənin qalibi olmaq üçün doğru strategiyalar müəyyənləşdirməli və onları yerinə yetirməliyik .Bunlar bizə hədəfimizə çatmaqla yanaşı, yaşamın müxtəlif mərhələlərində fiziki gücdən əlavə beyin həmlələri ilə də istəklərimizə nail ola biləcəyimizi öyrədir. Günümüzdən 3 il əvvələ qayıtsaq əsl məqsədyönlülük nümanəsini xatırlamış,ordumuzun necə tarix yazdığını yenidən görmüş olarıq. 2020-ci il Noyabr ayı tarixə “Zəfər”ayı olaraq keçdi.

İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.Müstəqillik əldə etdikdən sonra dilimizdə yaşam hüququ qazanan, 20 yanvar faciəsindən başlayaraq Xocalıya uzanan və 30 illik həsrətə son qoyulan Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. lham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, şücaətli ordumuz, əzmkar əsgər və zabitlərimizdir.

Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

                                                                                                                                                        

Solmaz Mikayılzadə

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты