Kaspi Ağ Şəhər liseyinin 6,7,8 və 9-cu sinif Rus bölməsi və 9-cu sinif Azərbaycan bölməsi şagirdlərinin uğurlarına həsr olunmuş tədbir keçirilib. Liseydən verilən məlumata görə, tədbirdə ötən tədris ilində Cambridge imtahanlarında iştirak edərək yüksək nəticələr əldə edən şagirdlər sertifikatlarla təltif olunublar: “Onların zəhməti və əzmi məktəb kollektivinə böyük qürur yaşatdı”.
Liseyin kollektivi şagirdlərimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır!
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.