Birlik, müxtəliflik və qarşılıqlı hörmət dəyərlərinin önə çəkildiyi bir gün
19 Май 2025
Birlik, müxtəliflik və qarşılıqlı hörmət dəyərlərinin önə çəkildiyi bir gün
Birlik, müxtəliflik və qarşılıqlı hörmət dəyərlərinin önə çəkildiyi bir gün
Kaspi Bakıxanov Liseyində Cambridge bölməsinin şagirdləri dünya mədəniyyətlərinin qeyd etdiyi rəngarəng və yaddaqalan bir tədbiri həyata keçirdilər. Şagirdlər “Beynəlxalq Gün – One World Festival” tədbirində müxtəlif ölkələri təmsil edərək musiqi, rəqs, milli geyimlər və maraqlı təqdimatlarla səhnədə çıxış etdilər. “Hər sinif bir ölkənin mədəniyyətini nümayiş etdirdi və bu da tədbirə beynəlxalq ab-hava qatdı. Festival birlik, müxtəliflik və qarşılıqlı hörmət dəyərlərinin önə çəkildiyi bir gün kimi yadda qaldı” deyə liseydən verilən məlumatda bildirilir.
Tədbirdə həmçinin məktəb rəhbərliyi və digər qonaqlar da iştirak ediblər.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.