Kaspi Liseyində qarşıdan gələn yeni dərs ilinə hazırlıq prosesinə start verilib.
20 Август 2025
Kaspi Liseyində qarşıdan gələn yeni dərs ilinə hazırlıq prosesinə start verilib.
Kaspi Liseyində qarşıdan gələn yeni dərs ilinə hazırlıq prosesinə start verilib.
Kaspi Ağ Şəhər Liseyinin pedoqoji heyəti yay məzuniyyətindən sonra yenidən tədris ocağına qayıdıb. Liseydə qarşıdan gələn yeni dərs ilinə hazırlıq prosesinə start verilib.
Kaspi.edu.az xəbər verir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar müəllimlər üçün təlimlər təşkil olunub, onlara yeni tədris ili ilə bağlı planlar, görüləcək işlər və qarşıya qoyulan hədəflər haqqında ətraflı məlumat verilib: “Təlimlər zamanı kollektiv daxilində fikir mübadiləsi aparıldı, həmçinin liseyimizdə yeni fəaliyyətə başlayan müəllimlər kollektivə təqdim olundular”.
Müzakirələr zamanı tədris ilində həyata keçiriləcək layihələr, tədris keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər və digər vacib məsələlər ətraflı şəkildə nəzərdən keçirilib.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.