Beynəlxalq bilik yarışından Qızıl, Gümüş medal və həvəsləndirici mükafat

Beynəlxalq bilik yarışından Qızıl, Gümüş medal və həvəsləndirici mükafat

Beynəlxalq bilik yarışından Qızıl, Gümüş medal və həvəsləndirici mükafat

Beynəlxalq bilik yarışından Qızıl, Gümüş medal və həvəsləndirici mükafat

Böyük Britaniyanın London şəhərində International Greenwich Olympiad (IGO) 2025 bilik yarışı keçirilib. Bu nüfuzlu elmi yarışmada Kaspi Liseyinin beş şagirdi uğurla iştirak edib.

Kaspi.edu.az böyük qürur və sevinc hissi ilə xəbər verir ki, liseyimizin şagirdləri beynəlxalq səviyyədə yüksək nəticələrə imza atıblar.

Kaspi Liseyinin şagirdlərindən – 9-cu sinif şagirdi Uğur Səmədov təqdim etdiyi layihə ilə Qızıl medal, 9-cu sinif şagirdi Sübhan Mustafayev və 11-ci sinif şagirdi İslam Abdulaliyev Gümüş medal qazanıblar. 11-ci sinif şagirdi Samir Nəcəfli və 8-ci sinif şagirdi Adil Nəcəfli isə həvəsləndirici mükafata layiq görülüblər.

Xatırladaq ki, International Greenwich Olympiad (IGO) - STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələri üzrə yaradıcı və ekoloji yönümlü layihələrin beynəlxalq səviyyədə yarışdığı bir platformadır. Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şagird qatılır və iştirakçılar təqdim etdikləri layihələri beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti qarşısında müdafiə edirlər.

“Bu uğurlar Kaspi Liseyi şagirdlərinin elmi yaradıcılıq, texniki bilik və təqdimat bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirməsinin bariz nümunəsidir” - deyə Kaspi Liseyinin Stemart üzrə akademik rəhbəri Mircəlal Seyidov kaspi.edu.az-a açıqlamasında bildirdi: “Liseyimizin şagirdləri yarışmaya təqdim etdikləri layihələrdə robot texnikası, süni intellektin tətbiqi, maqnit levitasiyası və ekoloji problemlərin texnoloji həlli kimi mövzulara fokuslanaraq innovativ və cəmiyyət üçün faydalı həllər təklif etdilər. Xüsusilə LEGO Sumo robot dizaynı və maqnitlə hərəkət edən yük platforması layihələri münsiflər heyətinin marağına səbəb oldu və yüksək qiymətləndirildi”.

Kaspi Təhsil Şirkəti nüfuzlu olimpiadada beynəlxalq uğur qazanan bütün şagirdlərimizi və onlara bələdçilik edən müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayır!

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты