Direktor: “Kaspi Liseyi daim şagirdə dəstək olaraq onun böyük uğurlara imza atmasına imkanlar yaradıb”.

Direktor: “Kaspi Liseyi daim şagirdə dəstək olaraq onun böyük uğurlara imza atmasına imkanlar yaradıb”.

Direktor: “Kaspi Liseyi daim şagirdə dəstək olaraq onun böyük uğurlara imza atmasına imkanlar yaradıb”.

İbrahimin uğuru

Direktor: “Kaspi Liseyi daim şagirdə dəstək olaraq onun böyük uğurlara imza atmasına imkanlar yaradıb”.

Xəbər verdiyimiz kimi, iyunun 24-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Böyük qürur və fərəh doğuran haldır ki, Kaspi Liseyinin şagirdi İbrahim Valehli də mükafatçılar sırasındadır. Məzunumuz Fizika fənni üzrə ən yüksək mükafata layiq görülərək “Birincilərin birincisi” adını qazanıb.

Yüksək akademik bacarıqlar

“İbrahim Valehli 1-ci sinifdən etibarən məktəbimizin Rus bölməsində təhsil alıb və bu il məzun olur”- deyə Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov liseyin şagirdi İbrahim Valehli haqqında danışır: “İbrahim bir şagird kimi təhsil aldığı müddət ərzində yüksək akademik bacarıqları ilə daim diqqət mərkəzində olub.  İbrahimin nəticələri, məktəbin sosial fəaliyyətində fəal iştirakı, nümunəvi davranışı hər zaman seçilib”.

Direktor İbrahim Valehlinin bilik yarışmalarında qazandığı uğurlar haqqında məlumat verir:

İbrahim Valehli 2021-2022-ci tədris ilində Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə (8-ci sinif şagirdi kimi) 9-cu siniflərlə bərabər iştirak edərək ölkə üzrə 3-cü yeri qazanıb;

2022-ci ilin noyabr ayında fizika fənni üzrə Beynəlxalq Olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin birincisi olub;

2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Elm Olimpiadasında Fizika/Kimya/Biologiya üzrə ilk altılığa düşərək ölkəmizi beynəlxalq elm arenasında təmsil etmək hüququnu qazanıb;

İ.Valehli Kolumbiyada keçirilən Beynəlxalq Elm Olimpiadasında (IJSO 2022) ikinci yerə çıxaraq gümüş medal qazanıb;  (Qeyd etmək lazımdır ki, İbrahimin göstəricisi Respublika üzrə birinci idi).
       Həmin tədris ilində şagird Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə iştirak edərək Respublika birinciliyini əldə edib.  

2023 cü ilin dekabr ayında Taylandın Bankok şəhərində keçirilən  Beynəlxalq  Elm Olimpiadasında Gümüş medal qazanıb;

2023-2024-cü tədris ilində İbrahim Valehli yenidən Respublika Fənn Olimpiadasında iştirak edərək Fizika fənni üzrə birinci yer - Qızıl medal qazanıb;  

2024 -cü ilin iyul ayında şagirdimiz 8-ci Avropa Fizika Olimpiadasında (EuPhO 2024) 

uğurla çıxış edərək Gümüş medala layiq görülüb; 

Daha sonra Beynəlxalq Fizika Olimpiadasında (İPhO 2024) uğur qazanaraq bir daha Gümüş medala sahib olub;
İ.Valehli bu il Fransada təşkil olunacaq Beynəlxalq Fizika Olimpiadasında (İPhO 2025) ölkəmizi təmsil edəcək komandanın tərkibindədir;

2024-2025-ci tədris ilində İbrahim Valehli yenidən Respublika Fənn Olimpiadasında iştirak edərək Fizika fənni üzrə birinci yerə - Qızıl medal qazanıb və Respublika üzrə BİRİNCİLƏRİN BİRİNCİSİ nominasiyasına layiq görülüb;

Müəllimlərin fədakarlığı

“Sözsüz ki, bu uğurlar təsadüf nəticəsində əldə edilmir”- deyə direktor bildirir: “Hər bir uğurun arxasında böyük əmək dayanır. Bu cür istedadlı şagirdin yetişməsində Kaspi Liseyinin, təcrübəli müəllim heyətinin böyük fədakarlığı rol oynayır. Məktəb daim şagirdə dəstək olaraq onun böyük uğurlara imza atmasına imkanlar yaradıb”.

H.Həsənov bildirir ki, İbrahim öz təşəbbüsü ilə olimpiadalarda iştirak və hazırlıq təcrübəsini fizika həvəskarları olan şagirdlərlə bölüşərək onların da yerli və Beynəlxalq Olimpiadalara hazırlaşmasına kömək edib və mütəmadi olaraq hazırlıq dərslərini həyata keçirib. Bu cür addım tərifə layiqdir və gələcək şagird nəslinə böyük bir nümunədir. Şagirdimizi qazandığı böyük uğurlar münasibəti ilə təbrik edirik!”

Kaspi Təhsil Şirkəti istedadlı şagirdimiz və məzunumuz İbrahim Valehlini nailiyyətləri münasibəti ilə təbrik edir, ona gələcək təhsilində uğurlar arzulayır! 

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты