Belə ekskursiyalar şagirdlərin əməyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır
09 Декабрь 2024
Belə ekskursiyalar şagirdlərin əməyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır
Belə ekskursiyalar şagirdlərin əməyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır
Kaspi Ağ şəhər Liseyinin şagirdləri 1 nömrəli Çörək zavoduna ekskursiya ediblər. Liseyin Rus bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdlərinin səfəri onlar üçün yaddaqalan və maraqlı olub.
Liseydən verilən məlumata görə, şagirdlər zavodda təkcə çörək hazırlanması prosesi ilə deyil, ümumilikdə iş mühiti ilə tanış olublar: “Məktəblilər zavodda çalışan insanların iş şəraiti, əməkləri ilə yaxından tanış oldular. Çörək bişirilməsi zamanı gigiyenik qaydalara necə əməl olunmasını, çörəyin hazırlanması prosesini yaxından izlədilər”.
Liseydən bildirildi ki, belə ekskursiyalar həmçinin şagirdlərin əməyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.