26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
- Главная страница
- Новости и события
- 26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
- 25 Август 2025
26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Humanizm, xeyirxahlıq və nəcib əməllər sahibi
26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həm ölkəmizdə, həm də bütün dünyada Vətənini, xalqını, dövlətini, dövlətçiliyini sonsuz məhəbbətlə sevən xanım kimi tanınır. Mehriban Əliyevanın xarakteri Vətənə, torpağa, dövlətə, dövlətçiliyə bənzərsiz məhəbbət, vətənpərvərlik ruhu ilə formalaşıb.
Birinci xanımın fəaliyyət dairəsi çoxşaxəldir. Onun ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri ölçüyəgəlməzdir.
Mehriban Əliyevanın bütün fəaliyyəti humanizm, xeyirxahlıq və nəcib əməllərə söykənib. O, özündə Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri birləşdirib. Birinci xanım fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub.
Ulu Öndərin ideyalarını yaşatmaq
Mehriban Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşatmaq, irsini öyrənmək, öyrətmək və xeyriyyəçilik və xeyirxahlıq missiyasını həyata keçirmək üçün rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti bütün dünyada tanınır. Bu Fondun fəaliyyəti Azərbaycan dövlətçiliyinə sədaqətin nümunəsidir. Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Fond Azərbaycanda müxtəlif istiqamətlərdə və miqyaslarda layihələr həyata keçirir. Birinci vitse- prezidentin rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin mənəvi irsinin, milli düşüncə və dəyərlər sisteminin nəinki qorunub saxlanmasına, onun dünyada tanınmasına və təbliğinə uğurla nail olub.
Mədəniyyətimizin hamisi
Mehriban Əliyeva milli mədəniyyətimizin hamisidir. Onun təşəbbüsü, bilavasitə fəaliyyəti ilə 2008-ci ildə muğam, 2009-cu ildə aşıq sənəti, 2009-cu ildə Novruz bayramı, 2010-cu ildə xalça toxuculuğu, 2012-ci ildə tar ifaçılığı sənəti, 2018-ci ildə “Dədə Qorqud” dastan mədəniyyəti, nağılları və musiqisi, UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə nəticələndi. Həmçinin 2013-cü ildə Çovkan atüstü oyununun, 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqsləri-yallının, köçərinin, tənzərənin bu siyahıya salınması da Mehriban xanımın təşəbbüsünün nəticəsidir.
İctimai əhəmiyyətli layihələr
Fondun xeyirxah layihələrinin bir hissəsi səhiyyəni əhatə edir. Xəstəxanaların, klinikaların yaradılması, diabet və talassemiya xəstələrinin müalicəsinə xüsusi diqqət yetirən Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi bilavasitə dövlətçiliyimizin möhkəmləndirilməsinə yönəldilir.
Uşaqlara qayğı
Birinci vitse-prezidentin fəaliyyətinin əsas hissəsi xalqımızın gələcəyi olan uşaqlara yönəlib. Mehriban xanımı tez-tez uşaq evlərində, uşaq xəstəxanalarında, körpələr evində, uşaq bağçalarında görmək olar. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.
Mehriban Əliyevanın rəhbərliyi ilə “Heydər Əliyev Fondu”nda “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi əsasında ölkəmizdə onlarla uşaq evi və internat məktəbi ən müasir standartlar səviyyəsində təmir edilib.
2014-cü ildə “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” yerinə yetirilməyə başladı.
Təhsilimizin himayədarı
Mehriban Əliyeva təhsil sisteminin himayədarıdır. Fond tərəfindən təhsilimizə qayğı müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Xüsusilə də dünya standartlarına cavab verən və ən müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunmuş məktəblərin tikintisinə, azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir. Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas məqsədlərindən biridir. Fondun önəm verdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyatda baş verən yenilikləri təhsil sahəsinə yönəltməyə, yeni texnologiyaların tətbiqinə imkan verir.
Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: “Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.
Mehriban Əliyevanın bu nəcib fəaliyyətlərinin həyata keçirilməsində qızları Leyla və Arzu Əliyevalar da yaxından iştirak edir.
Prezidentin ən yaxın silahdaşı
Mehriban Əliyeva dövlət başçısı İlham Əliyevin ən yaxın silahdaşıdır. Dövlətimizin inkişafı üçün həyata keçirilən bütün işlərdə onunla çiyin-çiyinədir.
Mehriban Əliyevanı tez-tez işğaldan azad olunan torpaqlarımızda görmək olar. O, Qarabağın quruculuq işlərində fəal dəstək göstərir. Doğma yurdlarına qayıdan insanların süfrəsində oturur, sevinclərinə şərik olur. Mehribanlığına, sadəliyinə və səmimiliyinə görə onu hamı sevir.
“...Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu, mənim üçün ən yüksək mükafatdır...”- deyir Mehriban Əliyeva.
Kaspi Təhsil Şirkəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ölkəmizin və dövlətçiliyimizin inkişafı üçün fəaliyyətində uğurlar və cansağlığı arzulayır!
Kaspi.edu.az