24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
- Главная страница
- Новости и события
- 24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
- 24 Декабрь 2024
24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
Bu gün tarix yazan lider Prezident İlham Əliyevin ad günüdür. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. 2020-ci il Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. Prezident İlham Əliyev bu tarixi qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin davamı olaraq Azərbaycanın əldə etdiyi nailiyyətlər, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Kaspi Təhsil Şirkətinin kollektivi Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, möhkəm cansağlığı, doğma Vətənimizin, dövlətimizin inkişafı, xalqımızın xoşbəxt rifahı istiqamətində həyata keçirdiyi şərəfli işində yeni uğurlar arzulayır!
kaspi.edu.az