Valideynlərlə Breyn-Rinq yarışması və Master-klass keçirilib
11 Fevral 2025
Valideynlərlə Breyn-Rinq yarışması və Master-klass keçirilib
Bu cür görüşlər valideynlərə övladlarının təhsili və təhsil mühiti ilə daha yaxşı maraqlanmağa və məktəblə sıx təmasa imkan verir
Kaspi Ağ Şəhər liseyində 9-10-11-ci sinif valideynləri ilə sosial fəaliyyət olaraq səhər yeməyi təşkil edilib.
Səhər yeməyindən sonra valideynlərlə istirahət və əyləncə məqsədi ilə Breyn-Rinq yarışması və Master-klass keçirilib.
Valideynlər görüşdə əl işlərini təqdim ediblər.
“Bu cür görüşlər valideynlə məktəb arasında əlaqələrin sıxlaşmasına daha yaxşı təsir edir. Nəticədə onlar övladlarının təhsili və təhsil mühiti ilə daha yaxşı maraqlanır və sıx təmasda olurlar. Bu, həmçinin övladlarının təhsilinə motivasiyaedici təsir edir”- deyə liseydən bildirilib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.