İkinci sinif şagirdlərinin yaradıcılıq bacarıqlarının, əməkdaşlıq və kollektiv iş vərdişlərinin formalaşmasına dəstək
Kaspi Ağ Şəhər liseyinin 2H sinfində Yeni il münasibətilə tədbir təşkil olunub.
Tədbir şagirdlərdə bayram əhval-ruhiyyəsi yaratmaq, onların yaradıcılıq qabiliyyətlərini, özünüifadə və səhnə mədəniyyətlərini inkişaf etdirmək məqsədi ilə təşkil edilib. Tədbir zamanı şagirdlər Yeni il
mövzusunda hazırlanmış maraqlı və məzmunlu səhnəciklər nümayiş etdirib, müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış ediblər.
Liseydən verilən məlumata görə, şagirdlər çıxışlara böyük maraq və məsuliyyətlə yanaşıb, səhnədə özlərini sərbəst və inamlı şəkildə təqdim ediblər:“ Hazırlanan proqram şagirdlərin yaradıcılıq bacarıqlarının, əməkdaşlıq və kollektiv iş vərdişlərinin formalaşmasına müsbət təsir göstərib”. Tədbir şən, səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.