Ulu Öndərin xatirəsinə həsr olunan rəsm sərgisi və interaktiv tədbir keçirilib
12 Dekabr 2025
Ulu Öndərin xatirəsinə həsr olunan rəsm sərgisi və interaktiv tədbir keçirilib
Tədbirdə gənclərimizin Heydər Əliyev məktəbindən bəhrələnmələri arzulanıb.
Kaspi Bakıxanov liseyində Ümummili Lider Heydər Əliyevin anım gününə həsr olunan Rəsm sərgisi və Tarix fənn birləşməsi ilə müştərək interaktiv tədbir keçirilib.
Tədbirdə 8-ci sinif şagirdləri fəal iştirak edərək suallara dolğun cavablar veriblər.
Kaspi liseylərinin baş direktoru Sahil Əliyev və liseyin direktoru Cahid Hüseynov sərgi və tədbirdə iştirak edərək şagirdlərimizin töhfələri ilə yaxından tanış olublar: “Diskussiya şəklində keçirilən tədbirdə dahi rəhbərin liderlik qabiliyyəti ön planda tutularaq gənclərimizin hər birinin gələcəyin liderləri olaraq yetişməsi, Heydər Əliyev məktəbindən bəhrələnmələri arzulanıb”.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.