Şagirdlər arasında “Beyin Qalaktikası” adlı intellektual müsabiqə
11 Dekabr 2025
Şagirdlər arasında “Beyin Qalaktikası” adlı intellektual müsabiqə
“Yupiter” qrupu daha yüksək nəticə göstərərək qalib elan edilib.
Kaspi Ağ Şəhər liseyinin 4A və 4B sinif şagirdləri arasında bilik yarışı təşkil edilib. “Beyin Qalaktikası” adlı intellektual müsabiqə şagirdlərdə məntiqi təfəkkürün inkişafı, sürətli qərarvermə bacarığının formalaşdırılması və idraki proseslərin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır: “Yarış prosesində şagirdlər müxtəlif istiqamətli tapşırıqlara yüksək motivasiya ilə yanaşaraq həm biliklərini nümayiş etdiriv, həm də komandada əməkdaşlıq bacarıqlarını praktik şəkildə tətbiq ediblər”.
Müsabiqə dinamik, rəqabətli və pedaqoji baxımdan səmərəli şəkildə təşkil olunub. Komandalar arasında aparılan mərhələlərdə şagirdlərin analitik düşüncə, problem həlletmə və informasiya emalı kimi əsas idraki bacarıqları müşahidə olunub.
Yarışın yekun nəticəsinə əsasən “Yupiter” qrupu daha yüksək nəticə göstərərək qalib elan edilib.
“Tədbirdə iştirak edən hər bir şagirdin göstərdiyi əzm, diqqət, bilik və intellektual səylər təqdirəlayiqdir. Bu cür fəaliyyətlər şagirdlərin akademik motivasiyasının güclənməsinə, müsbət rəqabət mühitinin formalaşmasına və onların gələcək təhsil nailiyyətlərinə inamın artmasına mühüm təsir göstərir”-deyə liseyin məlumatında qeyd edilir.
Kaspi Liseyi bütün iştirakçı şagirdləri təbrik edir, bundan sonra iştirak edəcəkləri intellektual və yaradıcı yarışlarda uğurlar arzulayır!
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.