Şagirdlər arasında Anım gününə həsr olunan “Tariximizi yaşadaq” adlı bilik yarışı keçirilib
Kaspi Bakıxanov liseyində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub.
Tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın kaspi.edu.az-a verdiyi məlumata görə, tədbirdə şagirdlərə Ulu Öndərin şərəfli və mübariz həyat yolu haqqında məlumat verilib.
Tədbirin bədii hissəsindən sonra liseyin sosial komandası və Tarix fənn birləşməsinin birgə təşəbbüsü ilə 7,8,9 və 10-cu siniflər arasında Ulu Öndərin anım gününə həsr olunmuş “Tariximizi yaşadaq” adlı bilik yarışı keçirilib.
“Zəfər”, “Lider”, “Dahi”, “Zirvə”, “Zəka” komandaları arasında keçirilən yarışda “Zirvə” komandası qalib olub. Qalib komanda sertifikatla təltif olunub.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.