Nur Dombayçı həm hekayələr yazır, həm də hekayələrinin şəkillərini çəkir
Kaspi Ağ şəhər liseyinin kitabxanasının bu dəfəki qonağı türk yazıçısı, rəssam Nur Dombayçı oldu. Yazıçı məktəblilərlə səmimi görüş keçirdi.
Qeyd edək ki, Nur Dombayçı həm hekayələr yazır, həm də yazdığı hekayələrin şəkillərini özü çəkir. Əsərlərində uşaqların dünyasını, xəyalları və gündəlik həyatda qarşılaşdıqları mövzuları qələmə alır. Yazıçının kitabları bir çox dillərə tərcümə olunub və uşaqlar arasında çox sevilir. Nur Dombayçının “Saçaqlı qızın pasaqlı gündəliyi”, “Qaşqabaqlı uşaq” və digər əsərləri Azərbaycan dilinə tərcümə olunub.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.