Yanğın təxliyə məşqi keçirilib

Yanğın təxliyə məşqi keçirilib

Yanğın təxliyə məşqi keçirilib

Bu cür təlimlər mütəmadi təşkil olunacaq 

Kaspi Ağ Şəhər liseyinin əsas və ibtidai korpusunda yanğın təxliyə məşqi keçirilib. 
Kaspi.edu.az Liseydən verilən məlumata əsasən xəbər verir ki, siren əl ilə aktivləşdirilib: "Yeməxana ərazisi şərti olaraq yanğın nöqtəsi kimi təyin edildi. Təhlükəsizlik nümayəndəsi ilkin olaraq həmin əraziyə baxış keçirdi və vəziyyəti qiymətləndirdi. Texniki heyət işıq, qaz, su təchizatını kəsdi. Mərtəbələrdən şagird, müəllim və digər personal heyəti yaxın pilləkənlərlə binanın çıxışına yaxınlaşaraq binanı tərk edib "Toplantı yeri"nə yaxınlaşdılar. Daha sonra texniki xidmətdən olan Mərtəbə Nəzarətçiləri mərtəbələr boşaldıqdan sonra sanitar qovşaqlarına baxış keçirİb, binanı tərk edib "Toplantı yeri"nə yaxınlaşdılar. Növbətçi həkim ilk tibbi yardım çantası ilə "Toplantı yeri"ndə ehtiyacı olanlara yardım etməyə hazır vəziyyətdə idi". 
Təlim bitdikdən və direktorun elanından sonra hamı binaya qayıdıb: "Çalışacağıq ki, bu cür təlimləri maksimum sayda keçirək ki, real hadisə zamanı nöqsanlara yol verməyək".

Kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız