Kaspi Ağ Şəhər liseynin şagirdləri Libraff kitab mağazasında təşkil olunmuş “Su damcısının macəraları” adlı tədbirdə qonaq olublar. Şagirdlər Sara Günbüz Özərənin “Kiçik su damcısının dünya səyahəti” əsərini oxuduqdan sonra kitabla bağlı yarışmada iştirak ediblər.
Tədbirdə Libraff kitab mağazasının meneceri Sərxan Rüstəmov şagirdləri salamlayıb. Libraff Nəşriyatının əməkdaşları şagirdlərə kitab haqqında suallar unvanlayıblar.
Şagirdlər oxuduqları əsərdən kiçik səhnə və rəqs nümayiş etdiriblər.
Tədbirin sonunda Libraff Nəşriyyatının əməkdaşları yarışmanın qaliblərini təbrik edərək onları diplom və kitablarla mükafatlandırılıblar.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.