Liseyimizin şagirdləri turnirdə müvəffəqiyyətlə iştirak ediblər
AŞF-nın dəstəyi ilə “Bahruz chess club” şahmat klubunda 3-cü/4-cü dərəcə normativli turnir keçirilib. Liseyimizin şagirdləri bu turnirdə müvəffəqiyyətlə iştirak ediblər.
Şagirdlərimizdən Onur Babayev Onur (5A) 9 oyundan 6.5 xal toplayaraq 3-cü yeri qazanıb və 3-cü dərəcə normasını yerinə yetirib.
Eyni zamanda, Hüseyn Nağıyev (5A), Yusif Nağıyev (7B) və rza Rzayev (7C) 9 oyundan 5.5 xal toplayaraq 4-cu dərəcə normasını təsdiqləyiblər.
Şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq!
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.