Şagirdlərimiz “İki qardaş” nağılına tamaşa ediblər

Şagirdlərimiz “İki qardaş” nağılına tamaşa ediblər

Şagirdlərimiz “İki qardaş” nağılına tamaşa ediblər

Bu cür tədbirlərin keçirilməsi şagirdlərin həm akademik inkişafına, həm də həyati bacarıqlarının təkmilləşməsinə töhfə verir

Kaspi Ağ Şəhər liseyinin şagirdləri fənn dərsində şifahi xalq ədəbiyyatı nümunələri ilə tanış olublar. Daha sonra şagirdlər Azərbaycan dili və ədəbiyyat Bölmə rəhbərliyinin təşəbbüsü ilə Şuşa Dram Teatrında “İki qardaş” nağılına tamaşa ediblər.

“Bu fəaliyyətin məqsədi şagirdlərin şifahi ədəbiyyatı nümunələri ilə daha yaxından tanış olmalarına şərait yaratmaq və onların tədris proqramına uyğun şəkildə folklor irsinin əhəmiyyətini dərk etmələrini təmin etməkdir.

Tədbir həmçinin məktəblilərin bu cür fəaliyyətlər vasitəsilə yaradıcılıq və analitik düşüncə qabiliyyətlərini inkişaf etdirməkdir”- deyə Liseydən bildirilir.

Qeyd edilir ki, Kaspi Təhsil Şirkəti bu cür fəaliyyətlərə xüsusi önəm verir və daim bu tip tədbirlərin təşkilini dəstəkləyir: “Şirkət şagirdlərin mədəni irsə və ədəbiyyata bağlılığını artırmaq, onların tədris prosesində daha fəal iştirak etmələrini təmin etmək məqsədilə belə layihələri həyata keçirir. Tədbirlərin keçirilməsi şagirdlərin həm akademik inkişafına, həm də həyati bacarıqlarının təkmilləşməsinə töhfə verir. Həmçinin teatr tamaşası şagirdlərə söz sənətinin gözəlliklərini yaşatmaqla yanaşı, həm də sosial bacarıqları, əməkdaşlıq ruhunu və emosional zəkanın inkişafını təmin edir.

Bu fəaliyyətin şagirdlərə təqdim edilməsi onlarda komanda işi, səhnə mədəniyyəti və kommunikasiya bacarıqlarını inkişaf etdirir”.

Şagirdlər eyni zamanda nağılın süjet xətti və personajları ilə bağlı müzakirələrə qatılaraq təhlil etmə bacarıqlarını təkmilləşdirirlər: “Beləliklə, bu cür tədbirlər şagirdlərin akademik nəticələrinə müsbət təsir etməklə yanaşı, təhsil həyatına yeni bir dinamizm qatacaq, onların mədəni irsə marağını artıracaq və öz köklərinə bağlı olmalarında xüsusi rol oynayacaqdır”.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız