Tədbir həm Yeni İl sevincini, həm də milli həmrəylik dəyərlərini bir araya gətirib.
Kaspi Bakıxanov liseyi Cambridge bölməsində 3–4-cü sinif şagirdləri üçün Yeni İl karnavalı təşkil olunub. Tədbir böyük coşqu və bayram ab-havası ilə keçirilib.
Liseyin məlumatına görə, tədbir çərçivəsində uşaqlar əyləncəli oyunlarda iştirak edib, musiqi sədaları altında rəqs edib, maraqlı və düşündürücü bilik yarışlarında öz bacarıqlarını nümayiş etdiriblər. Yarışların qalibləri xüsusi mükafatlarla təltif olunub.
Karnaval eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunaraq uşaqlarda birlik, dostluq və əməkdaşlıq ruhunun aşılanmasına xidmət edib.
Şagirdlər həmrəylik oyunları nümayiş etdirərək komanda şəklində işləməyin, bir-birinə dəstək olmağın nə qədər vacib olduğunu nümayiş etdiriblər.
Səmimi və rəngarəng tədbir həm Yeni İl sevincini, həm də milli həmrəylik dəyərlərini bir araya gətirib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.