Şagirdimiz beynəlxalq turnirdə qalib gəldi

Şagirdimiz beynəlxalq turnirdə qalib gəldi

Şagirdimiz beynəlxalq turnirdə qalib gəldi

Həm liseyin şagirdləri, həm də valideynlər üçün böyük sevinc mənbəyi

Kaspi Ağ Şəhər liseyinin Cambridge bölməsinin 2H sinif şagirdi Turqut Xəlilbəyli Badamlı Karate Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə yüksək nəticə nümayiş etdirib. Beynəlxalq Müəllimlər Gününə həsr olunan turnirdə şagirdimiz 7 yaş kateqoriyasında və 23 kq çəki dərəcəsində çıxış edərək birincilik qazanıb: "Bu uğur gənc idmançının əzmkarlığının, nizam-intizamının və müəllimlərinin ona aşıladığı ruh yüksəkliyinin bariz göstəricisidir. Bu qələbə həm lisey kollektivi,  həm də valideynlər üçün böyük sevinc mənbəyinə çevrilib "-deyə liseyin məlumatında bildirilir. 
Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov Turqut Xəlilbəylini təbrik edərək ona hədiyyələr təqdim edib, gələcək yarışlarda da eyni uğurları qazanması üçün nailiyyətlər diləyib. 
Kaspi Təhsil Şirkətinin rəhbərliyi  şagirdimizi təbrik edir, yeni uğurlar qazanmasını arzulayır.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız