"Səninləyik, Türkiyəm" adlı yardım kampaniyası uğurla davam edir

"Səninləyik, Türkiyəm" adlı yardım kampaniyası uğurla davam edir

"Səninləyik, Türkiyəm" adlı yardım kampaniyası uğurla davam edir

Kaspi Təhsil Şirkətindən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək aksiyası

Ölkəmizdə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım kampaniyası davam edir. Dövlətimizin qardaş ölkəyə yardımı ilə yanaşı ayrı-ayrı şirkətlər, müəssisələr, insanlar yardım kompaniyasına qoşulublar.

Kaspi Təhsil Şirkəti də ənənəsinə sadiq qalaraq yardım kompaniyasında fəal iştirak edir. “Səninləyik, Türkiyəm” deyə kədər və sevgisini ifadə edən təhsil müəssisəsi türk qardaş və bacılarımızın yanında olduqlarını bildiriblər.

Kaspi Təhsil Şirkətinin baş direktor müavini, marketinq və Pr Departamentinin rəhbəri Aydın Əliyev bildirir ki, şirkət zəlzələdən zərərçəkənlərə yardım üçün səfərbər olaraq 110 000 TL (10 min Azn)  Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına ianə edib. Eyni zamanda, Kaspi Təhsil Şirkəti tərəfindən zəlzələdən zərərçəkənlərə və çətin vəziyyətdə olanlara 120 nəfərlik yeni yataq dəsti - çarpayı, yorğan, döşək, balış, hər yaşa uyğun qış paltarları dəsti, gödəkcələr, şalvarlar, papaq və əlcəklər, qalın yun corablar, üst və alt geyimlər, təmizlik ləvazimatları, ərzaq qutuları və s. lazımı əşyalar çeşidlənərək TIR vasitəsilə Türkiyəyə yola salınıb. A.Əliyev qeyd edib ki, Kaspi Təhsil Şirkətinin yardım kampaniyası bununla bitmir. Belə ki, Kaspi Liseylərində təhsil alan şagirdlərin valideynlərinin qatıldığı yardım kampaniyası çərçivəsində toplanan geyim və digər vasitələr isə çeşidlənərək fevralın 11-də Türkiyə Səfirliyinə təqdim olunacaq. Həmçinin Kaspi Beynəlxalq Liseyində Türkiyədəki Bilkent Universitetinin nəzdində fəaliyyət göstərən BLİS - Bilkent Laboratory&İnternational School-a yardım göstərilməsi üçün ianə toplanır. Növbəti həftə ianə təhsil müəssisənə göndəriləcək.

Xatırladaq ki, Türkiyənin Bakıdakı Səfirliyi və Naxçıvandakı Baş Konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.

Kaspi Təhsil Şirkəti dəhşətli zəlzələdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir və hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir!

 

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız