“Qızıl nişan”lı oğlan

“Qızıl nişan”lı oğlan

“Qızıl nişan”lı oğlan

Kaspi Ağ Şəhər Liseyinin məzunu İbrahim Valehli “Qızıl nişan”la təltif olunub

Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə Qızıl və Gümüş nişanla təltif olunan məzunları siyahısında Kaspi Liseyinin məzunu İbrahim Valehlinin də adının yer alması Kaspi Təhsil Şirkətinin bütün kollektivi üçün qürurverici hadisədir. Bununla da Kaspi Liseyi tədris ili ərzində növbəti uğura imza atıb.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov kaspi.edu.az-a bildirdi ki, “Qızıl nişan”la təltif olunma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hər il müəyyən meyarlar əsasında həyata keçirilir: “Bu təltif adətən xüsusi istedad və nailiyyətlərə malik olan şagirdlərə verilir”.

Təltif olunmanın əsas səbəbləri:

Elm və Təhsil Nazirliyinin “Qızıl nişan”ı şagirdlərə aşağıdakı xidmət və nailiyyətlərə görə təqdim olunur:

       1.    Beynəlxalq fənn olimpiadalarında uğurlar – qızıl, gümüş və ya bürünc medal qazanmaq;

       2.    Yüksək akademik nəticələr – ölkə üzrə keçirilən yekun imtahanlarda, qəbul imtahanlarında yüksək bal toplamaq;

       3.    Elmi-tədqiqat və layihə müsabiqələrində fərqlənmək – I Respublika elmi yaradıcılıq müsabiqəsi, INTEL ISEF kimi beynəlxalq layihə olimpiadalarında nailiyyətlər;

       4.    İctimai fəallıq və təhsildə nümunəvi davranış – məktəb daxilində və cəmiyyətə töhfə verən fəaliyyətlər;

       5.    Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil etmək – mədəni, texniki və digər sahələrdə;

Təltifin məqsədi:

Bu təltiflə Elm və Təhsil Nazirliyi:

       •     İstedadlı şagirdləri mükafatlandırmaq,

       •     Gənclərdə elmə, biliyə və yaradıcı fəaliyyətə marağı artırmaq,

       •     Gələcək liderlərin formalaşmasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, 2025‑ci ildə Elm və Təhsil Nazirliyinin əmri ilə ümumi mənada XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər gümüş nişanla təltif olunub.

Kaspi Təhsil Şirkəti məzunumuzu təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız