Şagirdlər bayram tədbirinə mahnı, rəqs, şeir ifaları ilə rəngarənglik qatıblar
Kaspi Bakıxanov liseyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qəlbimizin nuru- Analar!” adlı tədbir keçirilib.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, tədbir ibtidai bölmənin müəllim-şagird-valideyn birliyinin təşəbbüsü ilə həyata keçirilib. Liseyin direktoru Cahid Hüseynov çıxış edərək bütün qadınları bu bayram münasibətilə təbrik edib.
“Tədbirə ibtidai bölmənin bütün valideynləri dəvətli idi. Direktor Cahid müəllim şagirdlər tərəfindən analarına yazılmış gülüş və düşüncə yaradan anonim məktubların bir neçəsini oxudu”.
Liseyin ibtidai bölməsinin şagirdləri bayram tədbirinə mahnı, rəqs, şeir ifaları ilə rəngarənglik qatıblar.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.