Görüşdə imtahan həyəcanı və səbəbləri, çətin anlarda yeniyetməyə düzgün yanaşmaq kimi məsələlərə diqqət yetirilib
Kaspi Liseyi Ağ Şəhər filialında psixoloq Qərib Xıdırovun 9-11-ci siniflərin valideynləri ilə seminarı keçirilib. “Yeniyetmənin gələcəyi: İmtahan qayğısı, emosional dayanıqlılıq və karyera planlaşdırılması” mövzusunda keçirilən seminar maraqla qarşılanıb.
Liseydən verilən məlumatda bildirilir ki, görüşdə imtahan həyəcanı və səbəbləri, çətin anlarda yeniyetməyə düzgün yanaşmaq, akademik yüklənmə dövründə “həyat balansı”nın yaradılması, öyrənmənin duyğularla əlaqəsi və karyera-peşə istiqamətinin vacib amilləri barəsində məlumat verilib. Seminarda müzakirələr aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda valideynlərin müraciətləri də qeydə alınıb və bu istiqamətdə lazımi dəstək verilməsi nəzərdə tutulur.
Seminarda liseyin direktoru Həsən Həsənov da iştirak edib.
Liseydə bu cür görüşlərin gələcəkdə də keçirilməsi planlaşdırılır.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.