“Oxuyaq paylaşaq” layihəsi həyata keçirildi

“Oxuyaq paylaşaq” layihəsi həyata keçirildi

“Oxuyaq paylaşaq” layihəsi həyata keçirildi

Şagirdlər oxuduqları kitabları İmişli rayon Cəfərli kənd və Quba rayon Təngaltı və Səbətlər kənd məktəblərinə göndəriblər

Kaspi Liseyi şagirdlərinin kitaba olan marağını artırmaq məqsədi ilə tez-tez şair və yazıçılarla görüşlər təşkil edir. 14 Fevral -Beynəlxalq Kitab bağışlama Günü ilə əlaqədar olaraq Kaspi Ağ Şəhər liseyində “Oxuyaq paylaşaq” layihəsi həyata keçirildi.

“Hər il olduğu kimi bu il də şagirdlərimiz öz oxuduqları kitabları İmişli rayon Cəfərli kənd və Quba rayon Təngaltı və Səbətlər kənd məktəblərinin şagirdlərinə göndərdik. Məqsədimiz şagirdlərimizə paylaşmağı öyrətmək, onların sosial bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə faydalı və təhsilli bir gələcəyə doğru irəliləmələrini təmin edə bilməkdir”- deyə liseydən bildirilib.

Quba rayonunun Təngəaltı və Səbətlər məktəbindən Liseyə göndərilən təşəkkür məktubunda “Oxumaq bizim üçün böyük sevincdir. Müəllimimiz deyir ki, kitablarda bir çox həyatlar görüb onlardan öyrənə bilərsiniz” deyə minnətdarlıqlarını ifadə ediblər.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız