Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib
15 Noyabr 2024
Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib
Yarışda “Dilican” komandası qalib gəlib
Kaspi liseyi , “3 alma” və “Libraff”ın təşkilatçılığı ilə Kaspi Liseyində "Nə? Harada? Nə zaman?" intellektual yarışı təşkil olunub.
Uşaq yazıçısı Mürşüd İsmayılzadənin aparıcılığı ilə keçirilən yarışda hər birində 6 şagird olmaqla “Zəngəzur”, “İrəvan”, “Zəngibasar”, “Dilican”, “Mehri” və “Göyçə” adlı 6 komanda mübarizə aparıb.
kaspi.edu.az-a Liseydən verilən məlumata görə, 20 sualdan ibarət yarışın yekununda "Dilican" komandası qalib gəlib.
Yarışda iştirak edən bütün şagirdlərə kitablar hədiyyə olunub və təltifnamələr təqdim edilib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.