Müasir dövlətçiliyimizin banisi

Müasir dövlətçiliyimizin banisi

Müasir dövlətçiliyimizin banisi

Xalqımız ulu öndəri ehtiramla anır

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Təkcə bu gün deyil, adi günlərdə də insanlar Fəxri Xiyabana gedərək ulu öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin ömür yoluna nəzər salanda bir daha başa düşürsən ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmur.

Kaspi Təhsil Şirkətinin müəssisələri ənənəvi olaraq ulu öndərin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirib, ümummilli öndəri ehtiramla anaraq şagirdlərə onun ibrətamiz həyat yolundan,  xalqımızın xoşbəxt yaşaması üçün mübarizəsindən danışıblar.

Heydər Əliyevin - tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Ümummilli liderin adı müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Ulu öndərin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir.

Qeyd edək ki, uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Allah rəhmət eləsin!

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız